İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 5. İmtahan üçün qeydiyyatdan keçmək

pearson vue test center
Written by Mushfiq Mammadov

Qeyd. Aşağıdakı məqalə real imtahana qeydiyyat prosesim əsasında yazılmışdır.

İmtahana qeydiyyat Pearson VUE veb səhifəsi üzərindən aparılır və buna görə də ilk öncə bu saytda qeydiyyatdan keçmək lazımdır:

create pearson vue account

“Create account” düyməsini sıxdıqdan sonra qeydiyyat formu açılır və ilkin olaraq sizdən “Oracle Testing ID”niz soruşulur, ilk dəfə imtahan verirsinizsə, o zaman 2-ci seçimi edirsiniz:

Oracle Testing ID

Ad və soyadınızı şəxsiyyət vəsiqənizdə olduğu formada yazmalısınız (ancaq ingilis hərflərindən istifadə etməklə). İmtahan günü test mərkəzinə yaxınlaşdıqda qeydiyyatdan keçərkən qeyd etdiyiniz ad və soyadınızın şəxsiyyət vəsiqənizə uyğun olub olmadığı yoxlanılır. Problemlə rastlaşmamaq üçün hər ehtimala qarşı ad və soyadınızın ingiliscə qarşılığını (şəxsiyyət vəsiqənizə uyğun) düzgün yazmağınız tövsiyə olunur.

Pearson Vue Identification

Həmçinin ad və soyad sertifikatın üzərində də qeyd etdiyiniz formada əks olunacaq.

Sonra isə aktiv istifadə etdiyiniz email ünvanınızı daxil edib (doğru yazdığınızdan əmin olun) “next” düyməsini sıxın.

Növbəti pəncərədə əlaqə məlumatlarınızı daxil edirsiniz. Sonra “next” düyməsini sıxaraq “Additional Information” pəncərəsinə keçirsiniz və burada soruşulan suala “no” deyərək təkrar “next” düyməsini sıxırsınız və prosesi sonlandırırsınız. Ekranda aşağıdakı məzmunda bildiriş görsənəcək:

create pearson vue account last step

Təxminən bir neçə dəqiqə sonra emailinizə istifadəçi adı və şifrəniz göndəriləcək. Artıq öz hesabınızla sistemə daxil ola bilərsiniz:

pearson vue sign in

Artıq imtahan üçün qeydiyyata başlamaq olar. Addım-addım gedək. İlk öncə ana səhifədə “Proctored Exams” düyməsini sıxırıq:

Pearson VUE proctored exams

Açılan pəncərədə “Certification Exams” düyməsini sıxırıq:

pearson vue select exam

Qeyd olunan düyməni sıxdıqdan sonra bütün imtahanların siyahısı görsənir və bu siyahıdan verəcəyimiz imtahanı seçirik:

pearson vue list exams

İmtahanı seçdikdən sonra aşağıdakı pəncərə açılır:

pearson vue schedule exam

Bu pəncərədə seçdiyimiz imtahanın adı, qiyməti və hansı dildə olması ilə bağlı informasiya göstərilir. Artıq imtahanın vaxtını və yerini təyin edə bilərik. Bunun üçün “Schedule this Exam” düyməsini sıxırıq. “Confirm Exam Selection” pəncərəsi açılır və seçdiyimiz imtahanı təsdiqləməmiz istənilir. İmtahanı doğru seçdiyimizə əmin olduqdan sonra, davam etmək üçün “Proceed to Scheduling” düyməsini sıxırıq.

Bu pəncərədə müvafiq Test Mərkəzlərinin siyahısı açılır:

perason vue test centers

Pearson VUE saytında qeydiyyatdan keçərkən ünvan məlumatlarımızı qeyd etdiyimizə görə bu Test Mərkəzlərinin siyahısı da bizim ünvan məlumatlarımıza müvafiq olaraq axtarılıb sıralanır. Test Mərkəzinin seçilməsi vacib mərhələlərdən biridir və imtahan nəticənizə yetərli dərəcədə təsir də edə bilər. Ona görə də Test Mərkəzini seçərkən “yüz ölçüb, bir biçmək” lazımdır.

Haşiyə

Mənim ancaq bir Test Mərkəzi haqqında məlumatım var idi, orada imtahan verən yoldaşlardan soruşmuşdum və oranı məsləhət görmüşdülər. Ona görə də risk etmək istəmədim, həmin Test Mərkəzini seçdim. Bu mərkəz Xarici Dillər Universitetinin nəzdində yerləşir (xəritədə bax) və “IBT TEST MƏRKƏZİ” (Internet-Based-Tests Center) adlanır. Mərkəz şənbə və bazar günləri işləmir. Mərkəzlə bağlı ətraflı məlumat almaq üçün həftəiçi universitetə getmək və ya telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq olar. İmtahandan öncə mərkəzə getmək məcburi deyil, sadəcə zəng etməklə sizi maraqlandıran suallarınızı soruşa bilərsiniz. Ümumi əlaqə nömrəsi (012) 441-60-82`dir. Java imtahanları üçün 4-cü mərtəbə, 407-ci otağa yaxınlaşmalısınız.

İmtahan Mərkəzi haqqında fikirlərimi növbəti addımda qeyd etmişəm, amma bu məlumatlar hazırkı dövr üçün köhnəlmiş ola bilər. Ona görə də imtahandan öncə bu barədə müəyyən araşdırma etməyiniz tövsiyə olunur.

Test Mərkəzini seçdikdən sonra “next” düyməsini sıxırıq və imtahan qrafiki açılır:

pearson vue select date

İmtahan qrafikləri test mərkəzlərindən asılı olaraq fərqli-fərqli ola bilər. İmtahan vermək istədiyimiz günü və saatı seçirik. Bundan sonra “My Order” pəncərəsi açılır:

pearson vue my order

Sonuncu “Checkout” mərhələsinə keçmədən öncə daxil etdiyimiz məlumatların düzgün olub-olmamasını təkrar yoxlayırıq. Bu mərhələdə imtahan qrafiki və Test Mərkəzini dəyişmək mümkündür. Hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra “Proceed to Checkout” düyməsini sıxırıq və aşağıdakı pəncərə açılır:

pearson vue checkout step 1

“Checkout” pəncərəsi göründüyü kimi 5 addımdan ibarətdir:

  • Step 1. Confirm Personal Information;
  • Step 2. Agree to Policies;
  • Step 3. Enter Payment;
  • Step 4. Submit Order;
  • Step 5. Receipt.

Addım 1`də şəxsi məlumatlarımızla tanış olub “next” düyməsini sıxırıq.

Addım 2`də imtahan şərtləri göstərilir və tanış olduqdan sonra razı olduğumuzu qeyd edib “next” düyməsini sıxırıq.

Addım 3`də ödəniş kartı və ünvanla bağlı məlumatları daxil edirik. Bu məlumatları daxil etmədən öncə sizdən “voucher” və ya “promo code” soruşulur:

pearson vue checkout step 3

Mən imtahan verdiyim il Java`nın 20 illiyinə təsadüf edirdi və bu münasibətlə Oracle bütün java imtahanlarına 20 faiz endirim kompaniyası elan etmişdi. Kompaniyadan yararlanmaq üçün sadəcə “java20” promo kodunu daxil etmək tələb olunurdu. Promo kodu daxil edib “apply” düyməsini sıxdıqdan sonra artıq ödənişin məbləği dəyişərək $150 əvəzinə $120 olurdu:

pearson vue promo code discount

Kart və ünvan məlumatlarını daxil etdikdən sonra “next” düyməsini sıxırıq və “Submit Order” pəncərəsi açılır. Artıq sifarişimiz tam hazır vəziyyətdədir və təsdiq olunmağını gözləyir. Əgər “Submit Order” düyməsini sıxmasaq sifarişimiz tamamlanmayacaq və kartımızdan heç bir məbləğ tutulmayacaq. “Submit Order” düyməsini sıxıb sifarişimizi təsdiq edirik:

pearson vue checkout step 5

Sifariş qəbul edildikdən sonra bununla bağlı emailimizə məktub gəlir.

İmtahanın vaxtına 24 saat qalanadək hesabınıza daxil olub “reschedule” edərək imtahan verəcəyiniz tarixi dəyişə bilərsiniz. Buna görə əlavə məbləğ və ya cərimə ödəmirsiniz. Amma imtahana 24 saatdan az vaxt qalıbsa, artıq dəyişiklik etmək mümkün deyil  və imtahana getməyəcəyiniz təqdirdə pulunuzu itirmiş olacaqsınız.

Gələcəkdə sertifikat qeydlərimlə bağlı yazacağım mini kitaba salınmasını planlaşdırdığım üçün öz imtahana qeydiyyat prosesimin proqram vasitəsilə ekran görüntüsünü almışdım. Yuxarıda qeyd etdiyim qeydiyyat prosesinə video görüntü şəklində aşağıdakı linkdən baxa bilərsiniz:

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.