İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 8. Sertifikatın elektron və çap versiyalarını əldə etmək

printed copy of java certification
Written by Mushfiq Mammadov

Elektron sertifikat imtahandan təqribən 48 saat sonra (daha tez də ola bilər) hazır olur. Hazır olduqda email`ə bununla bağlı məlumat gəlir:

certview - email about eCertificate

Elektron sertifikatı çap etmək və ya pdf formatında yükləmək üçün CertView saytına daxil olaraq ilk öncə “Dowload my eCertificate” və ardınca da “Print” linkini sıxırsınız:

certview - download eCertificate

Sonra:

certview - print eCertificate

Əgər sertifikatın print olunmuş formasını istəyirsinizsə, bunun üçün mütləq müraciət etməlisiniz. Müraciət edilmədiyi təqdirdə sertifikat göndərilmir. Müraciət prosesi çox sadədir, sadəcə müraciət formunu doldurub göndərməlisiz. Yuxarıda qeyd etdik ki, elektron sertifikat hazır olduqda emailə bu barədə məktub gəlir. Həmin məktuba diqqətlə baxsanız görəcəksiniz ki, orada online müraciət formunun linki qeyd edilir (“online request form”). Həmin linki kliklədikdə müraciət formu pəncərəsi açılır:

certview - request form for printed version of certification

Təlimatı izləyin və məlumatları düzgün daxil etdiyinizə əmin olduqdan sonra “submit” düyməsini sıxın.

Müraciət qəbul edildikdən təxminən 4-8 həftə ərzində sertifikatınız qeyd etdiyiniz ünvana göndəriləcək. Mənim sertifikatım 4 həftənin tamamında gəlib çatmışdı və dizayn baxımından elektron sertifikatdan müəyyən qədər fərqlənirdi:

printed copy of java certification

Uğurlar!

 

Qeyd. Oracle şirkətinin yeni siyasətinə görə artıq sertifikatın çap olunmuş versiyası göndərilmir. Email`ə belə bir bildiriş gəlir:

Important Note: Oracle is committed to developing practices and products that help protect the environment. Hard copy printed certificates are not available.

Siz CertView`dan elektron sertifikatı pdf kimi yükləyib özünüz çap edə bilərsiniz.

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.