OCA Java SE – Mövzular

Aşağıdakı mövzular imtahana hazırlaşdığım dövrdə istifadə etdiyim ədəbiyyatlardan götürdüyüm qeydlər əsasında hazırlanmışdır. Ədəbiyyatlar üzrə əsasən vacib hesab edilən hissələr seçilərək not edilib. Bu səbəbdən bəzi mövzular siyahıda olmaya bilər.

İstifadə edilən əsas ədəbiyyat Jeanne BoyarskyScott Selikoffun müəllifləri olduğu “OCA: Oracle Certified Associate Java SE 8 Programmer I Study Guide: Exam 1Z0-808” kitabıdır. Bu kitab imtahana hazırlıq üçün istifadə etdiyim study guide`dır və buradakı mövzuların ardıcıllığı da bu kitabın mündəricatına uyğun ardıcıllıqla yazılıb. Başlıqlar azərbaycan dilinə tərcümə edilməyib, mündəricatda olduğu kimi saxlanılıb. Mövzuların məzmununun təqribən yarıdan çoxunu bu ədəbiyyatdan götürülən qeydlər əhatə edir və mövzuların daxilində istifadə edilən screenshot`lar və kod nümunlərində əsasən bu kitaba istinad edilib və ya bu kitabdan alıntıdır.

Bundan əlavə Mala Guptanın “OCA Java SE 7 Programmer I Certification Guide: Prepare for the 1ZO-803 exam”, Kathy Sierra və Bert Bates “OCA/OCP Java SE 7 Programmer I & II Study Guide (Exams 1Z0-803 & 1Z0-804)” kitablarından, onlara aid olan test sualı nümunələrindən, imtahan üçün mövcud olan test banklarındakı maraqlı suallar və incə nüanslardan (xüsusilə Enthuware), java quiz`lərdən, stackoverflow, coderanch forumlarından və digər internet resurslardan istifadə olunmuşdur. Həmçinin öz imtahan təcrübəmdə rastlaşdığım maraqlı situasiyalar, vacib məqamlar da mövzuların tərkibinə əlavə edilmişdir.

Qeyd. Mövzular sertifikat imtahanı nöqteyi-nəzərindən yazıldığı üçün geniş detallara yer verilmir, daha çox qısa qeydlər şəklində vacib məqamlar nəzərə çatdırılır. Əgər gələcəkdə zərurət yaranarsa, mövzular genişləndirilə bilər.

 

 

Chapter 1. Java Building Blocks
Chapter 2. Operators and Statements
Chapter 3. Core Java APIs
Chapter 4. Methods and Encapsulation
Chapter 5. Class Design

 

Chapter 6. Exceptions