Təxminən il yarım öncə Spring MVC-ni öyrənəndə praktika olsun deyə kiçik bir web səhifə hazırlamışdım, yeni “feature”lər öyrəndikcə onun üzərində tətbiq edirdim. Səhifə Facebookdakı “Proqramlaşdırma üzrə Vakansiyalar” və “Developer Jobs” səhifələrində paylaşılan vakansiyaları görüntüləyirdi.
Müəyyən bir yerdən sonra gördüm səhifə üzərində yeni nə isə tətbiq edib öyrənmək olmur, ona görə də səhifəni böyütmək qərarına gəldim və www.developerjobs.info domenini aldım. Amma domeni hostinqdə tanıtmaqla bağlı problemlər yarandı, sonra da baş qarışdı və bu minvalla da iş elə yarımçıq qaldı. Keçən ay da domenin vaxtı bitdi və uzatmadım, daha doğrusu GoDaddy avtomatik “renewal” etmişdi, imtina göndərdim və pulumu geri aldım 😀 Bununla da işin üzərindən birdəfəlik xətt çəkmiş oldum.
Ona görə də qərara gəldim ki, həmin web səhifəni artıq istifadə etməyəcəyimə görə içərisindən müəyyən şeyləri çıxarım, yığcamlaşdırım, Spring Boot ilə yenidən yazıb bloga atım. Həm blog üçün yeni bir məqalə olsun, həm də Spring Boot ilə yazılmış balaca bir sample olsun, kimlərə maraqlı olarsa götürüb istifadə etsin. Və beləcə ortaya aşağıdakı kod nümunəsi çıxdı.
İstifadə edilən texnologiyalar:
- Spring Boot
- Spring Data
- SQLite
- EL (jstl)
- jQuery
- Bootstrap
- Java 8
- slf4j+logback
Bəzi kiçik əlavə özəlliklər:
- Spring Boot ilə email göndərmə;
- Facebookun “like” və “comment” pluginlərinin tətbiqi;
- “AddToAny” sosial paylaşım plugininin istifadəsi;
- “Pagination” yaradılması.
Ekran görüntüləri:
Github linki:
https://github.com/mmushfiq/springboot-sqlite-mini-website