İmtahan təcrübəm Sertifikat imtahanı

Real imtahan sualları haqqında qısa qeydlərim

my oca experience - my brief thoughts regarding actual exam questions
Written by Mushfiq Mammadov
  • instanceof operatoru, “dangling” else, enum, inner class ilə bağlı sual düşməmişdi;
  • Period ilə bağlı sual var idi, amma Duration, ZonedDateTime ilə bağlı sual yox idi;
  • Wrapper constructorla bağlı sual yox idi, amma parseXXX(), valueOf() metodları ilə bağlı sual var idi (ətraflı);
  • Digər mövzularla müqayisədə ən çox sual massivlərlə əlaqəli idi (declaration, initialization);
  • Switch case, iç-içə for dövrləri, if şərtləri ilə bağlı da çox sual var idi;
  • this(), super() ilə bağlı bir xeyli sual var idi və bu sualları tapmaq üçün bilməli olduğumuz əsas qayda bu idi: this() super() ancaq birinci sətirdə (1-ci ifadə kimi) çağırıla bilər;
  • Lambda ilə əlaqəli cəmi bir sual düşmüşdü və həmin tip suala hazırlıq boyunca nə SYBEX, nə də Enthuware`də rastlamamışdım (ətraflı);
  • Time API ilə bağlı 3 ya 4 sual düşmüşdü, hamısı da demək olar rahat suallar idi. SYBEX kitabında Dates və Times`lə bağlı mövzular bu sualları demək olar 95-99 faiz əhatə edirdi;
  • Pass-by-value ilə əlaqəli təxminən 3 sual var idi;
  • Overloading main metodla bağlı sual var idi;
  • Cavabları “compilation fails” olan bir xeyli sual var idi;
  • Casting ilə bağlı nisbətən mürəkkəb suallar var idi;
  • String, StringBuilder`in əksər vacib metodları ilə bağlı suallar düşmüşdü. Həmid metodların hamısı SYBEX kitabında öz əksini tapıb, bircəsindən başqa: 3 parametrli append(). SYBEX kitabında ancaq bir parametrli append() metodu izah olunub, xoşbəxtlikdən 3 parametrli append() metodunu Enthuware suallarından öyrənmişdim. intern(), compareTo(), ensureCapacity(), insert(4 parametrli) (amma 2 parametrli düşmüşdü), setLength() metodları ilə bağlı suallar yox idi;
  • SYBEX kitabında əhatə olunan Exception adlarından kənar exceptionlar düşməmişdi. Enthuware`də SYBEX-də olmayan bir neçə fərqli exception/error adlarına rast gəlmişdim (AssertionError, IllegalStateException, SecurityException və s.), amma imtahanda heç biri düşmədi, SYBEX kitabı bu mövzunu tam əhatə edirdi.

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.