Oracle şirkəti keçən ay 1Z0-808 (OCA 8) imtahanı ilə əlaqədar dəyişiklik edib. Belə ki, imtahan suallarının sayı 77-dən 80-ə qaldırılıb. Bir neçə ay öncə Oracle 1Z0-803 (OCA 7) imtahanı ilə əlaqədar sualların sayında və imtahan üçün ayrılan vaxt müddətində də dəyişiklik etmişdi (bax). Amma dünən həmin dəyişikliklərdən biri geri qaytarılıb, sualların sayı 80-dən 70-ə endirilib. Son dəyişikliklərdən sonra bugünə olan vəziyyət belədir:
İmtahan |
Müddət |
Sual sayı |
Keçid faizi |
1z0-803 (OCA 7) |
150 dəqiqə |
70 |
63% |
1z0-808 (OCA 8) |
150 dəqiqə |
80 |
65% |
İmtahanın detalları ilə bağlı yenilənmiş ən son vəziyyətə Oracle`ın rəsmi saytından baxa bilərsiniz: