Amazon Kindle`a bir neçə yolla kitab yükləmək mümkündür, mənim ən çox istifadə etdiklərim aşağıdakılardır:
1. Email vasitəsi ilə
Amazon Kindle məhsulunu istifadə etmək üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra sizin artıq Amazon hesabınız olur. Kindle-da menyuda Settings -> Your Account bölməsinə daxil olsanız orada sonu @kindle.com ilə bitən email hesabınızın olduğunu görəcəksiniz. Bu emailə istədiyiniz kitabın pdf-ni göndərsəniz avtomatik olaraq həmin kitab Kindle`a yüklənəcək.
2. Birbaşa USB ilə:
USB ilə Kindle`a kompyuteriniz vasitəsilə qoşulursunuz, Kindle`ın yaddaş diskindən Documents qovluğuna keçirsiniz və kompyuterinizdə olan istənilən kitabı ora əlavə edirsiniz (drag-drop).
3. “Send to Kindle” Extension`u ilə
Bu mənim ən çox sevdiyim üsullardan biridir, məqalə oxumaq üçün çox faydalıdır. Google Chrome üçün bu extensionu yükləmişəm və Kindle`ı bir neçə gün öncə alsam da artıq bir neçə məqalə yükləyib oxumuşam. Məqaləni web saytdan çox səliqəli formatda convert edib Kindle`a göndərir. Ola bilər bu web saytın özündən də asılı olsun, bu təcrübə ilə yəqin ki, növbəti günlərdə, həftələrdə rastlaşacam. Extensionu bu linkdən əlavə edə bilərsiniz.
Mənbə: https://ebookfriendly.com/download-free-kindle-books/