OCA Java imtahan mövzuları

Declaring Multiple Variables | Identifiers

Declaring Multiple Variables
int i1, i2, i3 = 0;       // declare 3, initialize only 1 (i3)
boolean b1, b2;
String s1 = "1", s2;
int j1; int j2;

int num, String value;    // doesn't compile
double d1, double d2;     // doesn't compile
int j3; j4;               // doesn't compile

 

Identifiers

Düzgün identifikator tanımlamaq üçün əsas 3 qaydaya riayət edilməlidir:

  • Adlar hərflə və yaxud da $ və ya _ (underscore) simvollarından biri ilə başlamalıdır;
  • Sonrakı simvolların içərisində həmçinin rəqəmlər də ola bilər;
  • Java açar sözlərindən (reserved word) istifadə edilə bilməz.

Java Unicode simvolları dəstəkləyir, ona görə də öz əlifbamıza uyğun hərflərdən istifadə etmək səhv sayılmır.

Düzgün tanımlanmış dəyişən adları:

  • _
    t_e_s_t
    Odəniş$
    c2c
    __SStillOkbutKnotsonice$
    $OK2Identifier
    Public

Düzgün olmayan dəyişən adları:

  • Em@il
    3DPointClass
    *$cofee
    public

Java`da açar sözlər (reserved word) kiçik hərflərlə başlayır, ona görə də String açar söz hesab edilmir:

  • String String = "String";    // is a perfectly valid syntax!

Açar sözlərin siyahısı aşağıda verilmişdir:

abstract assert boolean break byte
case catch char class const*
continue default do double else
enum extends false final finally
float for goto* if implements
import instanceof int interface long
native new null package private
protected public return short static
strictfp super switch synchronized this
throw throws transient true try
void volatile while

const goto hal-hazırda Java`da istifadə olunmur, amma ola bilsin ki, gələcəkdə Java bunları istifadə etməyi qərara alsın. O səbəbdən də açar söz kimi qəbul edib ki, istifadəçilər tərəfindən dəyişən adı kimi istifadə olunmasının qarşısını alsın.

static final açar sözləri həm dəyişənlər, həm də metodlar [tanımlanmaları/elanı] üçün istifadə edilə bilər. transient volatile açar sözləri (modifiers) ancaq dəyişənlər, abstract native açar sözləri isə ancaq metodlarla istifadə edilə bilər. abstract açar sözü classlarla işlədilə bilər, amma native işlədilə bilməz.

Həmçinin siz class daxilində eyni adlı dəyişən və metod istifadə edə bilərsiniz:

class Test {
    String test;
    public void test() {}
}

 

Bütün mövzulara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.