OCA Java imtahan mövzuları

Equality Operators

Müqayisə operatoru ( == və != ) əsas bu 3 hal üçün istifadə edilir:

  • İki numeric primitiv tipi müqayisə etmək üçün; əgər müqayisə olunan dəyərlər fərqli tipdə olarsa, yüksək olanının tipinə çevirilib sonra müqayisə olunurlar.
    • 5 == 5.0 returns true since the left side is promoted to a double.
  • İki boolean dəyəri müqayisə etmək üçün;
  • String və null dəyərlər də daxil olmaqla iki obyekti müqayisə etmək üçün.
boolean x = true == 3;         // does not compile
boolean y = false != "true";   // does not compile
boolean z = 3 == "3";          // does not compile

boolean k = false;
boolean m = (k = true);
System.out.println(m);    // Outputs true

İki obyekti müqayisə etdikdə isə obyektlərin özləri deyil onların referansları müqayisə olunur. İki referans ancaq o zaman bərabər olur ki, onlar ya eyni obyektə işarə edir ya da null`a.

File x = new File("myFile.txt");
File y = new File("myFile.txt");
File z = x;
System.out.println(x == y);      // false
System.out.println(x == z);      // true

String a = null;
String b = null;
System.out.println(a==b);        // true

 

[topics lang=az]

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.