JDK & JRE
Kodu compile etmək üçün JDK`ya ehtiyac var. Ancaq kodu run etmək üçün JDK`ya ehtiyac yoxdur, JRE kifayət edir.
Java class faylları JVM`də run olur:
Comments
Comment`in 3 tipi var:
- Single-line comment
// comment until end of line
- Multiple-line comment
/* Multiple
* line comment
*/
- Javadoc comment
/**
* Javadoc multiple-line comment
* author MM
*/
Multiple-line comment`də hər açılan 1-ci comment /*
bağlanan 1-ci comment`ə */
uyğun gəlir.
/*
* //one
*/
// two
// // three
// /* four */
/* five */
/*
* /* six */
*/
Burada 3 single-line (two
, three
, four
) və 3 multiline (one
, five
, six
) comment var. Sonuncu sətir compile xətası verir, çünki artıqdır, six
sözündən sonra comment artıq bağlanır.
Main method
Main metod public
, static
, void
olmalı və String
tipində birölçülü massiv və ya varargs parametr qəbul etməlidir. İmtahanda rastlaşa biləcəyiniz doğru main method sintaksisləri aşağıdakılar ola bilər:
public static void main(String[] args) static public void main(String[] args) public static void main(String arv[]) public static void main(String... arr) final public static void main(String args[])
public
əvəzinə private
və ya protected
yazsaq java`nın bəzi köhnə versiyalarında main metod kimi çalışacaq. Amma yeni versiyalarda private
və ya protected
yazdıqda compile xətası verməməsinə baxmayaraq, run etdikdə “main metod yoxdur” xətasını verəcək. Yadda saxlayın ki, OCA 7/8 imtahanının tələblərinə görə main metod mütləq public
olmalıdır.
Şəkil 1: http://www.javatpoint.com/images/jdk2.JPG
Şəkil 2: http://www.letustweak.com/wp-content/uploads/2015/12/all.png