Xəbərlər

Java SE 11 sertifikat imtahanı elan edildi

java-se-11-certification
Written by Mushfiq Mammadov

Artıq bir neçə gün olar Oracle rəsmi olaraq Java SE 11 sertifikat imtahanının çıxdığını elan edib. SE ilə bağlı yeni 3 imtahan gəlib:

  • Java SE 11 Programmer I | 1Z0-815
  • Java SE 11 Programmer II | 1Z0-816
  • Upgrade OCP Java 6, 7 & 8 to Java SE 11 Developer | 1Z0-817

https://education.oracle.com/en/java/java-se/product_267?certPage=true

Coderanch forumunda bu mövzu ilə bağlı müzakirələrə də baxdım və belə başa düşdüm ki, SE 11 üzrə OCA səviyyəsi yoxdu. Həm 1Z0-815, həm də 1Z0-816 imtahanı OCP imtahanlarıdır.

https://coderanch.com/t/707383/certification/Java-SE-based-certification-exams

Səhv xatırlamıramsa müzakirələrdə diqqətimi çəkən digər maraqlı nüans isə o oldu ki, bu imtahana daxil ola bilmək üçün OCP olmalısan deyilir. Amma Oracle`ın rəsmi saytında bununla bağlı aydın bir qeydə rast gəlmədim.

Sertifikat imtahanı kitabı yazarlarından olan Scott Selikoff artıq 1Z0-815 imtahanına girib və bu imtahanın 1Z0-808 (OCA Java SE 8 Programmer I) imtahanından çox çətin olduğunu qeyd edib. İmtahanla bağlı öz fikirlərini blogunda bölüşüb:
https://www.selikoff.net/2019/03/17/my-experience-taking-the-new-java-se-11-programmer-i-1z0-815-exam/

Yəqin indi hamını Java SE 8 imtahanının taleyi düşündürür. Yəqin bu imtahan hələ bir müddət də qalacaq, belə yaxın zamanlarda “retire” olunacağı real görünmür.

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.