İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 1. İmtahanın seçilməsi

oracle-java-certification-path
Written by Mushfiq Mammadov

İlk öncə hansı imtahanı vermək istədiyinizə qərar verməlisiniz. Əgər indiyə kimi sertifikatınız olmayıbsa, ilkin olaraq Java Standard Edition üzrə imtahan verməlisiniz və OCJP 6 (1Z0-851), OCA 7 (1Z0-803), OCA 8 (1Z0-808) və s. imtahanlardan birini seçə bilərsiniz.

OCJP 6 imtahanının üstünlüyü ondan ibarətdir ki, siz ancaq bir imtahan verirsiniz, həmin imtahanı keçdikdən sonra artıq EE mərhələsi üzrə imtahana daxil ola bilərsiniz. Amma 7-ci versiyadan sonra SE pilləsi üzrə imtahanlar iki hissəyə ayrılıb: Associate Professional. EE pilləsi üzrə imtahana daxil olmaq üçün həm Associate, həm də Professional imtahanından keçməlisiniz.

OCJP 6 imtahanının mənfi cəhəti isə odur ki, artıq köhnə imtahan hesab olunur. Nəzərə alsaq ki, yaxın zamanlarda Javanın 9-cu versiyası çıxacaq, artıq 6-ci versiya üzrə imtahan vermək məqsədəuyğun olmayacaq. 1Z0-803 və ya 1Z0-808 imtahanlarından birini seçmək daha məqsədəuyğundur. Bütün imtahanlarla bağlı Oracle`ın rəsmi internet səhifəsində ətraflı məlumat vardır.

 

1Z0-808 imtahanı ilə bağlı 29.01.2017 tarixinə olan məlumat

(ən son məlumatlar üçün klikləyin)

1Z0-808 exam details

 

1Z0-803 imtahanı ilə bağlı 29.01.2017 tarixinə olan məlumat

(ən son məlumatlar üçün klikləyin)

1Z0-803 exam details

 

OCA SE 7 və OCA SE 8 imtahanları müqayisəli şəkildə

OCA SE 7

OCA SE 8

İmtahanın nömrəsi

1Z0-803

1Z0-808

Müddət

150 dəqiqə

150 dəqiqə

Sualların sayı

70

80

Keçid faizi

63%

65%

Qiymət

US$ 245

US$ 245

Növbəti imtahan

1Z0-804

1Z0-809

 

Fərqlər

OCA SE 7 imtahanı ilə OCA SE 8 imtahanı arasındakı fərqləri şəkildən görə bilərsiniz (sual sayı, keçid faizi). Amma əsas fərq mövzular ilə əlaqəlidir, daha dəqiq OCA SE 8 imtahanına yeni mövzular daxil edilib:

  • static and default interface methods;
  • Create and manipulate calendar data using classes from java.time.LocalDateTime, java.time.LocalDate, java.time.LocalTime, java.time.format.DateTimeFormatter, java.time.Period;
  • Write a simple Lambda expression that consumes a Lambda Predicate expression.

Amma time paketi və lambda ilə bağlı təxminən 4-5 sual düşür. Mövzu yükü elə də böyük deyil. Mən OCA SE 8 imtahanını seçməyinizi məsləhət görərdim. Bu həm hazırda SE üzrə sonuncu imtahandır, həm də bu imtahan vasitəsilə 8-ci versiyada gəlmiş yenilikləri öyrənmiş olarsınız. Ümumiyyətlə, imtahana düşəcək bütün mövzuların siyahısına isə yuxarıda qeyd olunmuş linklərdə “Exam Topics” başlığına klikləməklə baxa bilərsiniz.

 

İmtahan qiyməti

Şəkildə gördüyünüz imtahanın qiyməti ($245) sizi qorxutmasın 🙂 Oracle`ın ölkələr üzrə fərqli qiymət siyasəti var, Azərbaycan üçün imtahanın qiyməti $150-dır. Ölkə üzrə imtahanın dəqiq qiymətini Pearson VUE saytında imtahan üçün qeydiyyatdan keçən zaman öyrənmək olur. Endirimlər vaxtına təsadüf etsə, bu qiymət daha da aşağı ola bilər. Mən 2015-ci ilin noyabr ayında imtahana girmişdim və 2015-ci ildə Oracle Java`nın 20 illiyi münasibəti ilə bütün java imtahanlarına ilin sonuna kimi 20% endirim etmişdir. Ona görə də mən $150 əvəzinə $120 ödəmişdim.

2016-cı ilin ikinci yarısından isə Oracle təxminən 10-dan çox imtahan üçün 35% endirim etmişdir. Endirimlərdən hansı formada yararlanmaq barədə 5-ci addımda (İmtahan üçün qeydiyyatdan keçmək) qeyd etmişəm.

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

5 Comments

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.