OCA SE imtahanı üçün müxtəlif test bankları mövcuddur. Hazırlıq boyu bir neçəsinə rastladım və məhsulun keyfiyyəti barədə ümumi təsəvvürüm olsun deyə nümunə test suallarını etdim. Həmin test bankları ilə bağlı təəssüratlarım belə oldu:
Whizlabs
Suallar çox asan idi, nümunə sualların içərisində qaranlıq qalan, çətin sual olmadığından çox dərininə getmədim və izahlara da baxmadım. Whizlabs`ın nümunə sualları ilə real imtahan suallarını müqayisə etdikdə bu test bankının yetəri qədər faydalı olacağını hesab etmirəm.
OCAJP 8 imtahanı üçün test bankı 7 mock exam`dən və ümumilikdə 650+ sualdan ibarətdir. Qiyməti isə $19.95 (endirimsiz $29.95) dollardır.
Nümunə suallar və digər əlavə məlumatlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.whizlabs.com/oracle-certified-associate-java-se-8-programmer/ocajp8-free-test/
David Mayer’s Java8CertificationQuestions sample
Bu test bankı ilə bağlı təəssüratlarım da yaxşı olmadı:
- 25 nümunə sualdan təxminən 4-nün cavabı yanlış idi;
- iki sual eyni idi, təkrarlanırdı;
- suallardan birində 3 cavab bəndi tələb olunsa da doğru cavabların sayı 2 idi;
- sualların izahlarında bəzi qüsurlar var idi və s.
Test bankı 4 mock exam`dən və ümumilikdə 308 sualdan ibarətdir. Qiyməti isə $39.99-dır.
Nümunə suallar və digər əlavə məlumatlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.java8certificationquestions.com/java8/1Z0-808/free-test.html?affiliatecode=fcff36fd-557a-4713-abf6-973e9924770f&productid=java8
MyExamCloud
Bəzi suallarda texniki qüsurlar olsa da içərisində maraqlı suallar var. Amma bəzi izahlarda buraxılan ciddi səhvlər istər-istəməz test bankının keyfiyyəti ilə bağlı şübhələr yaradır.
String
mutable deyil, StringBuilder
isə mutable`dir. LocalTime
isə interface deyil, classdır. Bunların səhv yazılması test bankının keyfiyyətinə olan inamı azaldır. Test bankının qiyməti hazırda $19.98-dır.
Nümunə suallar və digər əlavə məlumatlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.myexamcloud.com/onlineexam/viewExam.html?t=Uc1TNwrGb08=
Enthuware
Enthuware`nin bir neçə imtahan üzrə test bankı mövcuddur. Qiymət və keyfiyyət baxımından digər alternativlərindən əhəmiyyətli dərəcədə üstündür. OCA Java SE 8 Programmer I Exam (OCAJP-I) test bankı 7 mock exam + Foundation Test`dən və ümumilikdə 600+ sualdan ibarətdir. Qiyməti isə cəmi $9.95-dır və şirkət olaraq da öz məhsullarına tam zəmanət verir. Əgər imtahandan keçə bilməsəniz və ya test bankında hər hansı 3 səhv tapsanız pulunuzu sizə geri ödəyir:
İmtahandan uğurla keçənlərin əksəriyyəti də öz təcrübələrində qeyd edir ki, test bankı olaraq Enthuware`dən istifadə ediblər və razı qalıblar. Mən özüm də bu test bankını alıb istifadə etmişəm və əhəmiyyətli dərəcədə faydasını hiss etmişəm. Ona verilən pulun haqqını artıqlaması ilə ödəyir. Sizə də tərəddüd etmədən bu məhsulu tövsiyə edə bilərəm. İmtahan təcrübəmdə Enthuware`nin mənə verdiyi faydalar barədə yazmışam, amma bu məhsulu ilk dəfə istifadə edənlər üçün proqramın imkanları və bir sıra üstünlükləri barədə qeydlərimi də əlavə etmək istəyirəm ki, ondan daha effektli şəkildə yararlana bilsinlər.
Proqramı açdıqda “Getting Started” başlıqlı yazıya rast gələcəksiz:
Bu yazıda proqramın bölmələri haqqında məlumatlar və həmçinin proqramı hansı ardıcıllıqla istifadə etməyiniz barədə tövsiyələr verilir. İlk öncə “Standard Tests” bölməsindən başlamağınız məsləhət görülür. Amma testlərə başlamadan öncə mütləq sertifikat imtahanı ilə bağlı hər hansı bir study guide oxumağınız zəruri hesab edilir. Çünki kitab oxumadan testlərə başladıqda bilmədiyiniz sualların sayı çox olacaq. Bu zaman səhv etdiyiniz suallarla bağlı müvafiq mövzuları kitabdan oxuyub bir müddət sonra həmin testləri təkrar etməyə başlayanda, bu suallar artıq sizin üçün effektli olmayacaq. Daha əvvəl bu sualları gördüyünüzə görə cavablar istər-istəməz yadınızda qalacaq və testdən əldə etdiyiniz nəticə sizin real nəticənizi düzgün əks etdirməyəcək. Real nəticəniz adətən birinci cəhddən sonra əldə etdiyiniz nəticə hesab olunur. Sertifikat imtahanı üzrə təcrübəli mütəxəssislər qeyd edir ki, əgər Enthuware Standard Test`lər üzrə ortalama nəticəniz 80 faizin üzərindədirsə, o zaman siz özünüzü imtahana tam hazır hesab edə bilərsiniz. Amma bu 80 faiz nəticə ilk cəhddən sonra əldə etdiyiniz nəticə olsa daha yaxşı olar, əks halda sizi yanılda bilər.
“Standart Tests” bölməsindəki bütün testləri (“Last Day Test”dən başqa) ardıcıl olaraq edin. Həmin testləri bitirdikdən sonra səhv etdiyiniz mövzuları kitabdan yenidən oxuyun. Oxuduqdan sonra “Objective-wise Tests” bölməsindən sırf həmin mövzuya aid testləri edə bilərsiniz. Bundan əlavə “Practice Tests” bölməsindəki testlərə də baxa bilərsiniz. Bu bölmədəki testlər çətinlik dərəcəsinə görə ayrı-ayrılıqda qruplaşdırılıb. Hər iki bölmədəki testlər “Standard Tests” bölməsindəki testlərin içindən seçilərək təkrarlanır. Ancaq “Last Day Test”dəki suallar unikaldır və heç yerdə təkrarlanmır. “Last Day Test”i bütün hazırlığı bitirdikdən sonra imtahana təxminən 2 gün qalmış etməniz məqsədəuyğundur. Bu testdəki suallar imtahan suallarına çox bənzəyir və bu testdən əldə etdiyiniz nəticə adətən real imtahan nəticənizə çox yaxın olur.
Testlərə başlamadan öncə qeyd edim ki, proqramın strukturu ilk öncə adama primitiv görünsə də istifadəçinin rahatlığı üçün demək olar ki, bütün imkanlar yaradılıb, bu barədə imtahan təcrübəmdə ətraflı məlumat vermişəm. Bu linkə klikləməklə baxa bilərsiniz.
Qeyd. Yuxarıda test bankları haqqında yazdığım fikirlər imtahana hazırlıq dövründə rastlaşdığım situasiya və gördüyüm nəticələrə əsasən yazılıb. Hal-hazırda həmin test banklarının keyfiyyətində, sualların sayında, qiymətində və s. dəyişiklik ola bilər.